İdman
"Barselona"nın ulduzu qərarını verdi: Qalır
“Barselona”nın ehtiyat qapıçısı Mark-Andre ter Ştegen klubdakı gələcəyi ilə bağlı qərar verib.
Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Almaniyalı qolkiper 2026-cı il dünya çempionatı ərəfəsində oyun praktikasının azlığını nəzərə alaraq qış fasiləsində komandadan ayrılmaq variantını ciddi şəkildə dəyərləndirib.
Lakin Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann futbolçuya bildirib ki, İspaniya Kubokunda alacağı oyunlar “Bundestim”də bir nömrəli qapıçı statusunu qorumaq üçün kifayət edəcək. Nəticədə ter Ştegen karyerasının bu mərhələsində heç nəyi dəyişməmək və çıxışlarını Kataloniyada davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, 33 yaşlı qapıçı ötən mövsüm dizindən aldığı zədədən sonra cəmi 9 matçda meydana çıxıb, cari mövsümün əvvəlini isə bel nahiyəsindən keçirdiyi əməliyyat səbəbindən buraxıb. Bu mövsüm Mark-Andre yalnız bir dəfə forma geyinib. O, İspaniya Kubokunun 1/16 finalında “Qvadalaxara” ilə oyunda qapısını toxunulmaz saxlayıb.
Heybət
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi










.jpg)


























