İdman
Ukrayna xalqının azərbaycanlı oğlu: Müharibədə ölən hakimi ölüm günündə yad etdilər
Ukrayna mətbuatı Rusiya ilə müharibəsdə həyatını itirən azərbaycanlı döyüşçü Elçin Muradovu anıb.
Publika.az xəbər verir ki, 2 il əvvəl dekabrın 19-da bu ölkənin ərazi bütövlüyü uğrunda həlak olan boks hakiminin şərəfinə yazı hazırlanıb. Muradovu "Ukrayna xalqının azərbaycanlı oğlu" kimi təqdim edən həmkarlarımız onun döyüş yolu barədə oxuculara məlumat verib.
![]()
"Ukrayna xalqının azərbaycanlı oğlu genişmiqyaslı işğalın ilk günlərindən Ukraynanı qoruyub. 19 dekabr 2023-cü ildə Donetsk vilayətində həlak olub.
Elçin Muradov 18 oktyabr 1980-ci ildə anadan olub. Həyatının böyük marağı boks olub. Əvvəlcə özü boksla məşğul olub, müharibə öncəsi isə beynəlxalq kateqoriyalı hakim və Kiyev şəhərinin baş hakimi olub. O, həm özünü daim təkmilləşdirib, həm də gənc hakimləri öyrədib. Elçin Hriqori Skovoroda adına Pereyaslav Universitetini bitirib.
Genişmiqyaslı işğal başladıqdan sonra Muradov Ukraynanı qorumağa yollanıb. Əvvəl Brovarıdakı ərazi müdafiə qüvvələrinə qoşulub, sonra isə A7320 hərbi hissəsində atəş dəstəyinin bölük komandir müavini kimi xidmət edib. Elçin həmişə hərbi andına və Ukrayna xalqına sədaqətə sadiq qalıb, onları döyüşün ən qızğın nöqtələrində qoruyub.
Döyüş ləqəbi “Fizruk” (İdman müəllimi) Baş leytenant Elçin Muradov 2 il öncə bu gün Donetsk vilayətinin Bahmut rayonuna bağlı Vıyemka kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən düşmənin artilleriya atəşi nəticəsində həlak olub.
Svetlana adlı ukraynalı xanınla evli olan Elçinin Əmir adlı bir oğlu var.
Elçin 30 dekabr 2023-cü ildə Brovarıda dəfn olunub. Onun tabutunun üzərində Azərbaycanla yanaşı 114-cü briqadanın və Ukraynanın bayraqları olub", - deyə məqalədə bildirilib.
Heybət

-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi










.jpg)


























