İdman
“Təəssüf ki, gənc futbolçularımız onlara göstərdiyimiz etimadı tam doğrultmur” - Ayxan Abbasov
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 16-cı turunun “Araz-Naxçıvan”la(2:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
Publika.az xəbər verir ki, Abbasov komandasının məğlubiyyətinə şərh verib:
“Üzücü məğlubiyyət oldu. Göstərdiyimiz oyunu nəzərə alsaq, məğlubiyyəti haqq etmirdik. Çempionat oyununda bu qədər qol epizoduna girib, dəyərləndirə bilmədiyimiz matçı xatırlamıram. Təəssüf ki, son nöqtəni qoya bilmədik. İndiyə qədər topladığımız xal pis deyil. Amma daha da yaxşı ola bilərdi. Bəlkə də futbolçularımızdan çox şey istəyirik. Bu gün təəssüf ki, gənc futbolçularımız onlara göstərdiyimiz etimadı tam doğrultmur. Biz onların gələcəyini düşünərək, daha böyük şeylər fikirləşirik. Amma bu oyunlarda bu qədər epizoda girib, istifadə edə bilməməkləri bizi üzür. Qış fasiləsinə gedirik. Fasilədən sonra yenə də gərgin çempionat olacaq. İstəyərdik ki, bu gün xal fərqimizi artıraq, 6-cı pilləyə, ya da daha irəliəy yüksələk. Amma demək ki, futbolçularımız buna hələ tam hazır deyil. Özlərinə inanmaqları vacibdir. “Araz-Naxçıvan”ı təbrik edirəm, vacib qələbə qazandılar. Onlara da uğurlar arzulayıram”.
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq




































