Dünya
Bu ölkə ABŞ-ın uçuş tələblərini rədd etdi
Yaxın Şərqdə davam edən gərginlik fonunda İsveçrə ABŞ-ın İrana yönəlik əməliyyatları ilə bağlı uçuş müraciətlərinin böyük hissəsini rədd edib.
Publika.az xəbər verir ki, bununla “Keystone-SDA” agentliyi Federal Mülki Aviasiya İdarəsinə (FOCA) əsaslanan hesabat dərc edib.
Məlumata görə, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları başladıqdan sonra İsveçrə üzərindən Yaxın Şərq istiqamətində uçuşlar üçün edilən 12 müraciətdən cəmi 4-ü təsdiqlənib.
FOCA bildirib ki, martın 5-dən 23-dək ABŞ tərəfindən 11 müraciət daxil olub və onlardan yalnız dördünə icazə verilib.
Qurum vurğulayıb ki, İsveçrə hava məkanından keçid yalnız münaqişə ilə açıq şəkildə əlaqəsi olmayan və humanitar, o cümlədən tibbi məqsədlər daşıyan uçuşlar üçün mümkündür. Silahlı münaqişə ilə bağlı müraciətlər isə ölkənin neytrallıq qanununa əsasən rədd edilir.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən edilən bir uçuş tələbinin də qəbul olunmadığı qeyd olunub.
Roza
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf













.jpg)




















