İdman
"İnter Mayami" pul qazanmaq üçün bu yola əl atdı: Messinin ayağı dəyən qazon satılır - FOTO/VİDEO
2025-ci ildə MLS finalında qələbə qazandıqdan sonra “İnter Mayami” klub stadionunun orijinal qazonunun satışına başlayıb.
Publika.az xəbər verir ki, final matçında Lionel Messinin komandası “Vankuver Uaytkaps”ı 3:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə MLS çempionu olub.
İndi azarkeşlər klub tarixində mühüm hadisələrin baş verdiyi meydançadan bir parça əldə edə bilərlər. Söhbət “İnter Mayami”nin 2020-ci ildə MLS-də debüt mövsümündən, Lionel Messinin kluba gəlişindən və MLS Kuboku da daxil olmaqla ilk titulların qazanılmasından gedir.
Klub bir neçə suvenir variantı təklif edir. Klassik qutu akril kubda yerləşdirilmiş qazon parçasından ibarətdir. Premium versiyada isə qazon metal bilet və qızılı oyma ilə təqdim olunur. Bundan əlavə, “İnter Mayami”nin meydançasındakı otu xatırladan breloklu suvenirlər də satışdadır.
Suvenirlərin qiyməti 50 dollardan 750 dollara qədər dəyişir. Ön sifariş artıq klubun rəsmi saytında mümkündür. Çatdırılma 2026-cı ilin yanvarından etibarən başlayacaq və bütün dünya üzrə həyata keçiriləcək. Bu layihə azarkeşlərə klub tarixinin real bir hissəsini evlərinə aparmaq və MLS-də yaşanan unudulmaz anları yaddaşlarında saxlamaq imkanı yaradır.
Heybət





Today we celebrate the Original Grass. Keep a piece of our history ✅
— Inter Miami CF (@InterMiamiCF) December 19, 2025
Pre-order the original grass of Inter Miami CF Chase Stadium ↬ https://t.co/b96KYDR5jI pic.twitter.com/8R96HJXiH0
-
Nida Xəbər 17:14Elşad Abdullayevə hökm oxundu
-
Sosial16:32Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi - Axtarışa verilənlər var
-
Rəsmi xronika15:48İlham Əliyev Xocalıya getdi
-
Dünya15:17Lüks mühacirət: Bəşər Əsəd Moskvadakı dəbli restoranda göründü
-
Region14:58Proqnozlar alt-üst olur: Türkiyədə illik inflyasiya arta bilər
-
Sosial14:03Müavinət, təqaüd və ünvanlı yardım alanlara ŞAD XƏBƏR: Həftənin sonuna kimi...
-
Avropa13:28Azərbaycanlı sürücü Almaniyanı qarışdırdı: Qəza törətdi, hadisə yerindən qaçdı və...
-
Avropa13:01Avropa təlaşda: Unudulmuş qorxunc xəstəlik qayıdıb




























