İdman
“Fövqəladə hallar könüllüləri” komandası “Zəfər Liqası”ının qalibi oldu - FOTO
Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyi münasibətilə gənclər, könüllü və tələbə təşkilatları arasında “Zəfər Liqası” futbol turniri keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və AFFA-nın tərəfdaşlığı ilə təşkil olunmuş turnirdə müxtəlif könüllü, tələbə və gənclər təşkilatlarının üzvlərindən ibarət komandalarla yanaşı, “Fövqəladə hallar könüllüləri” futbol komandası da qüvvəsini sınayıb.
Gərgin mübarizə şəraitində keçən yarışda bütün rəqibləri üzərində inamlı qələbə qazanan fövqəladə hallar könüllülərindən ibarət komanda final mərhələsində “Bakı Dövlət Universitetinin könüllüləri” futbol komandası ilə qarşılaşıb. Rəqib komanda üzərində 3-1 hesabı ilə parlaq qələbə qazanan “Fövqəladə hallar könüllüləri” futbol komandası “Zəfər Liqası” futbol turnirinin çempionu adına layiq görülüb.
Qalib komandalar Azərbaycan Respublikasının Gənclər Fondu və AFFA tərəfindən kubok və medallarla təltif edilib.
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq






.jpg)




























