İdman
Bu klubun azarkeşləri meydanı oyuncaq "atəş"inə tutdular: Səbəb nədir? - FOTOLAR
La Liqanın 17-ci turunda “Betis”lə “Xetafe” arasında keçirilən matç (4:0) zamanı “Estadio de La Kartuxa”da azarkeşlərin iştirakı ilə ənənəvi, rəngarəng aksiya baş tutub.
Publika.az xəbər verir ki, stadionun tribunalarında əsl bayram yaşanıb. Azarkeşlər kütləvi şəkildə meydana minlərlə yumşaq oyuncaq atıblar. Bir neçə dəqiqə ərzində qazon tamamilə oyuncaqlarla örtülüb. Bu da bayram ab-havası yaradıb.
Bu təşəbbüs "Betis" azarkeşləri üçün artıq ənənəyə çevrilib və hər il Milad ərəfəsində keçirilir. Yumşaq oyuncaqlar bayram xeyriyyəçiliyinin və ehtiyacı olanlara qayğının rəmzi sayılır.
Aksiya başa çatdıqdan sonra toplanan bütün oyuncaqlar uşaq evlərində böyüyən və aztəminatlı ailələrdən olan uşaqlara təqdim ediləcək ki, onlar da Milad günlərində sevinc və bayram əhval-ruhiyyəsi yaşasınlar.
Heybət




-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir









.jpg)


.jpg)






















