MDB
Rusiya superkoloniya tikir: Görün nələr olacaq
Şərqi Sibirdə Buryatiya Respublikasının paytaxt Ulan-Ude şəhərində üç min məhbus üçün superkoloniya tikiləcək.
Publika.az xəbər verir ki, bu barədə "Number One" portalı Buryatiya Federal Penitensiar Xidmətinin rəisi Maksim Svisə istinadən məlumat yayıb.
Svisin sözlərinə görə, bu, istintaq təcridxanası, ümumi və maksimum təhlükəsiz cəza koloniyaları və köməkçi müəssisələrdən ibarət birləşmiş cəza koloniyası olacaq. Tikinti 2031-2035-ci illər üçün planlaşdırılır. Ərazi artıq seçilib və layihələndirmə və tədqiqat işləri aparılır.
"Bu ilin 20 avqustunda hökumətin qərarı verildi. O, ictimaiyyət üçün açıqdır. Biz bu sahədə federal hədəf proqramına qoşulmuşuq", - deyə xidmətin rəisi bildirib.
Qeyd edək ki, Ulan-Ude şəhərində superkoloniyanın tikintisi 2023-cü ildə elan edilib. Əvvəlcə onun şüşə zavodunun yerində tikilməsi planlaşdırılırdı, lakin yerli sakinlərin etirazlarına görə, meşəlik əraziyə köçürülüb.
Adəm
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək



















.jpg)












