İdman
“Real”ın kapitanı azarkeşlərə müraciət etdi: Dibə çatdıq
“Real”ın kapitanı Dani Karvaxalın İspaniya Kubokunun 1/8 finalında “Albasete”yə səs-küylü məğlubiyyətdən (2:3) sonra klubun rəsmi saytı vasitəsilə azarkeşlərə müraciət edib.
Publika.az xəbər verir ki, Madrid klubunun liderlərindən biri olan müdafiəçi fanatlara vəziyyətin düzələcəyi ilə bağlı söz verib:
“Dibə çatdıq. Bizi turnirdən Sequnda təmsilçisi çıxardı və onları təbrik edirəm. Sabahdan etibarən həm fərdi, həm də kollektiv şəkildə özümüzü sərt tənqid etməliyik. Mövsümün gedişatını dəyişmək üçün hələ vaxtımız var. Qarşıda iki möhtəşəm turnirdə qələbə uğrunda mübarizə aparacağıq. Komanda hazırda ən yaxşı durumda deyil və çox çalışmalıyıq.
Hamımız maksimum gücümüzü ortaya qoymalıyıq, bu, reallıqdır. Deməli olduğumuz budur: yüz faizimizi verməliyik. Azarkeşlərdən də üzr istəyirik. İlk növbədə etiraf edirəm ki, mən bu klubun səviyyəsinə və gözləntilərinə uyğun çıxış etmədim. Qarşıdakı aylarda vəziyyəti dəyişmək üçün oyunlarda bütün gücümüzü verəcəyimizə söz veririk”.
Heybət
-
Sosial19:00Dayanacaqda çantasını unudan şəxsin qızılları oğurlandı
-
Sosial18:24"Renka" saxlanıldı
-
Nida Xəbər 17:40Vardanyana hökm oxundu: 20 il - Yeniləndi
-
Qoroskop16:24Bu gün saat 20:46-da 5 bürcün həyatı dəyişəcək: Möcüzələr olacaq
-
İdman16:00"Qəbələ" "Sabah"la oyunda yaşananlara görə etiraz etdi - Video
-
Nida Xəbər 15:42Vəzifəsini itirmiş Vüqar Qurbanovla bağlı ŞOK İTTİHAM - “İçki aludəçisidir”
-
Səhiyyə13:43Samir Namazov işdən çıxarıldı - Foto
-
Nida Xəbər 13:00Bakıda yanğın olan bina dövlət tərəfindən qorunur? - Rəsmi



























.jpg)








