Əfsanənin qardaşı ölü tapıldı
Bizi izləyin

İdman

Əfsanənin qardaşı ölü tapıldı

“Mançester Yunayted”in sabiq əfsanəvi müdafiəçisi Nemanya Vidiçin böyük qardaşı Duşan Vidiç yanvarın 20-də Belqradda ölü tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Faciənin başvermə şəraiti ilə bağlı təfərrüat açıqlanmır. Nemanya Vidiç isə qardaşının ölümü ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Duşan Vidiç barədə məlumatlar məhduddur. Mətbuatın yazdığına görə, məhz o, 7 yaşlı Nemanyanı ilk dəfə yerli “Yedinstvo Ujitse” klubunun məşqinə aparıb. Duşanın futbolçu karyerası uğurlu alınmayıb, kiçik qardaşı isə sonradan dünya futbolunun ulduzuna çevrilib.

“Duşan Nemanyaya çox böyük dəstək verirdi, bunu yaxşı xatırlayıram, onlar bir-birinə çox bağlı idilər. O, tez-tez özünü Nemanyanın məşqçisi adlandırırdı. Çünki onun üçün Nemanyanın futbol oynaması çox vacib idi. Hələ də buna inana bilmirəm, bu, dəhşətli bir faciədir”, - deyə “Yedinstvo Ujitse”nin məşqçisi Draqan Maryanoviç bildirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm