Sosial
"Azərsun Holdinq"dən “Qarabağnamə” – 2026-cı ilin xüsusi təqvim dəsti - FOTO
“Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq növbəti illik təqvimini çap etdirib.
Publika.az xəbər verir ki, 2026-cı il üçün hazırlanan bu təqvim son illərdə futbol sahəsində qızıl dövrünü yaşayan “Qarabağ” futbol klubuna həsr olunub.
“Qarabağnamə” adı ilə nəşr edilən təqvimdə ilin hər ayı fərqli mövzu və məzmunla təqdim olunur.
“Qarabağın İmarəti” başlığı ilə başlayan təqvimdə klubun formalaşma mərhələləri əks etdirilir, Allahverdi Bağırovun baş məşqçi kimi fəaliyyəti, 2001-ci ildə “Azərsun Holdinq”in “Qarabağ”ı himayəsinə götürməsi oxucuya çatdırılır.
Təqvimdə həmçinin, holdinqin ədəbi qurucusu mərhum Abdolbari Gozalın klubun fəxri prezidenti olması, “Qarabağ”ın əfsanəvi futbolçuları, eləcə də komandanın ölkə daxilində və beynəlxalq arenada qazandığı tarixi qələbələrdən bəhs olunur.
“Qarabağın ustadı” bölməsində baş məşqçi Qurban Qurbanovun klub tarixində yaratdığı dönüş nöqtəsi və “Qarabağ”a qazandırdığı dəyərlər xüsusi vurğulanır.
Təqvim “Qarabağın Fatehi” başlığı ilə yekunlaşır. Bu hissədə ölkə başçısı İlham Əliyevin klubun fəaliyyətinə daim göstərdiyi diqqət və qayğı, eləcə də “Qarabağ”ın uğurlarının Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında oynadığı mühüm rol qeyd olunur.
Qeyd edək ki, 2026-cı il həm də “Qarabağ” futbol klubunun “Azərsun Holdinq”in himayəsinə keçməsinin 25 illiyi ilə əlamətdardır.
-
İdman15:14Ulduz futbolçu və həyat yoldaşı insan alverində ittiham olunur
-
Qoroskop14:32Bu il 3 bürc üçün çox uğurlu olacaq - Onların yüksəliş dövrü başlayır
-
İqtisadi gündəm14:13Minimum əmək haqqı ilə bağlı təklif: Ən azı...
-
Nida Xəbər 13:46Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır - SİYAHI
-
Nida Xəbər 13:25İlk köç karvanı Xankəndi şəhərinə çatdı - Yeniləndi
-
Rəsmi xronika12:50İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...
-
Nida Xəbər 12:40Tramp Bakı və İrəvan arasındakı razılaşmadan danışdı: Putin inanmadı, mənə dedi ki...
-
ABŞ12:34ABŞ Konqresi seçimini etdi: Venesuelanı o idarə edəcək - FOTO




























.jpg)










.jpg)

.jpg)










