İdman
Nihat Kahvecidən "Qarabağ"ın qələbəsinə reaksiya: Belə şey olarmı? - VİDEO
"Qarabağ"ın UEFA Çempionlar Liqasının 7-ci turunda "Ayntraxt"ı məğlub etməsi Azərbaycanla yanaşı Türkiyədə də sevinclə qarşılanıb.
Publika.az xəbər verir ki, qardaş ölkənin mətbuatı "Qarabağ"ın Almaniya təmsilçisini 3:2 hesabı ilə məğlub etməsi xəbərinə geniş yer ayırıb.
Türkiyə millisinin əfsanəvi üzvü, hazırda futbol eksperti kimi fəaliyyət göstərən Nihat Kahveci də Ağdam klubunun qələbəsinə biganə qalmayıb. O, çalışdığı "Kontraspor" "YouTube" kanalının canlı yayımında aparıcının "Qarabağ"ın qələbəsini elan etməsinə sevinclə reaksiya verib:
"Bravo! Onlar da 10 xala çatdı! Təbrik edirəm! 10 xal "Qarabağ", 10 xal "Qalatasaray"! Belə şey olarmı? Yan-yanayıq! (red - turnir cədvəlini nəzərdə tutur)".
Qeyd edək ki, 7 turdan sonra 10 xalı olan bu iki komandadan "Qarabağ" 18-ci, "Qalatasaray" isə 17-cidir. Ağdam klubu yalnız top fərqinə görə Türkiyə təmsilçisindən geri qalır.
Heybət
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
-
Ekopublika.az08:49Paytaxtda ev almaq istəyənlərin diqqətinə: qiymətlər kəskin dəyişəcək
-
Qoroskop01:40Günün ulduz falı: yarımçıq qalan işlərinizi tamamlayın!
-
İdman22 İyun 23:15DÇ-2026: Messi Argentinaya qələbə qazandırdı - Yeniləndi
-
Magazin222 İyun 22:46300-dən çox daşınmaz əmlakı var - Kirayədən aylıq 10 milyon qazanır
-
Region22 İyun 21:51Qara dənizdə yük gəmisinə hücum: Türkiyə vətəndaşları yaralandı
















.jpg)




















