Magazin1
Nigar Köçərli: “Qaraqan qalib oldu, məni söyürdülər“ - VİDEO
"Əli və Nino" kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli "Rövşanə ilə Gündəm" "YouTube" proqramında "Milli Kitab Mükafatı"nın yaranma dövrünü, qalmaqalları xatırlayıb və gələcək planlarından danışıb.
Publika.az xəbər verir ki, o, “Milli Kitab Mükafatı”nın başlanğıc mərhələsində həm böyük maraq, həm də geniş müzakirələr və tənqidlərlə qarşılandığını bildirib:
“Yadımdadır, ilk dəfə sizin verilişinizə necə düşdüm. Dəvət almışdım, həyəcanlı idim. O vaxt “Milli Kitab Mükafatı” ərəfəsi idi. İndi də, belə deyək, həmin proses davam edir. Hələ də hər il sponsor axtarıram, layihənin davam etməsini istəyirəm. Çətinliklər var, amma davamlı olması üçün çalışıram.
Bir məqamı da qeyd edim, həmin dövrdə məni çox tənqid edirdilər. Xüsusilə Elxan Qaraqanın qalib gəlməsi ciddi müzakirələr yaratmışdı. İlk kitab mükafatı idi və gənc idi.
O vaxt hər tərəfdən tənqid vardı. Məni söyürdülər. Ciddi ədəbi çevrələr bunu qəbul etmirdi. Gənc bir reperin qalib gəlməsi birmənalı qarşılanmamışdı”.
N.Köçərli qeyd edib ki, layihədə Elxan Qaraqanın qalibiyyəti müzakirə doğursa da, müsabiqə açıq şəkildə və münsiflərin iştirakı ilə keçirilib:
“Bütün tənqidlərə baxmayaraq, Elxan layiq idi. Həmin vəziyyət böyük rezonans doğurdu. Siz məni verilişə dəvət etdiniz, mən də qəbul etdim. Çünki yüksək reytinqli proqram idi və siz də çox səmimi aparıcısınız.
O verilişdə rahat oldum. Veriliş həm baxımlı, həm də səmimi alındı. Elxan da orada idi, mən də. O vaxt dedim ki, bu mükafatı yalnız Elxan Qaraqan üçün yox, ümumən Azərbaycan ədəbi prosesi üçün təsis etməmişəm. Amma Elxanın qələbəsi mənə xoş idi.
Çox maraqlı fikirlər deyilirdi. Məsələn, Rəşad Məcidin dediyi bir fikir vardı, deyirdi ki, 1 dost qazanacaqsan, 9 düşmən”. Təəssüf ki, elə də oldu.
Hər hansı iş görəndə tənqid qaçılmaz olur. Təəssüf ki, belədir. O dövrdə 4 dəfə səsvermə oldu və hər dəfə qalmaqal baş verdi. Amma mən sevinirdim ki, proses açıq idi. Bütün münsiflər və ekspertlər yaxşı iş gördü. Bunu hansısa çevrə üçün yox, hamı üçün etmişdik”.
N.Köçərli bildirib ki, “Milli Kitab Mükafatı”nın davam etdirilməsi nəzərdə tutulur və əsas hədəf müəlliflər üçün güclü maliyyə imkanları yaratmaqdır:
“İndi də “Milli Kitab Mükafatı”nı davam etdirmək istəyirəm. Amma istəyirəm ki, müəlliflər yaxşı pul qazansınlar. Ən azından birinci yer üçün ciddi mükafat olsun, heç olmasa 20 min manat. Pul vacibdir. Hər şey müəyyən mənada maliyyə ilə bağlıdır. Amma təəssüf ki, ədəbi layihələr üçün sponsor tapmaq hələ də çətindir”.(“Yeni Sabah”)
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək











.jpg)












.jpg)













