İdman
Musa Qurbanlı: Sanki hamı hiss edirdi ki…
“Adam bilmir fikrini necə ifadə eləsin. Möhtəşəm oyun oldu, möhtəşəm hisslər keçirdik. Düşünürəm ki, tarixi qələbə qazandıq”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, azarkeşlərin qələbədə xüsusi pay sahibi olduqlarını və komandasının böyük xarakter göstərdiyini bildirib:
“İnşallah, pley-offa çıxmaq şansımız yüksəkdir. Mərhələ adlasaq, bu qələbənin əhəmiyyəti daha da böyük olacaq. Son dəqiqə qolu ilə qələbə qazanmağımız oyuna xüsusi rəng qatdı. Qələbə ilə xalqımızı sevindirdik. Azarkeşlərimizə təşəkkür edirəm. Hava soyuq olsa da, dəstək möhtəşəm idi. Sanki hamı hiss edirdi ki, sonda qol vurub qələbə qazanacağıq.
Bütün komanda xarakter göstərdi. Hamı sona qədər döyüşdü. Hər kəs bütün gücünü meydanda qoydu. Belə olanda qələbə daha şirin olur. Şükürlər olsun Allaha, möhtəşəm qələbə qazandıq. Ümid edirik ki, ardı gələr və pley-offa adlayarıq”.
Heybət
-
Rəsmi xronika14:52İlham Əliyev Davosda mərasimdə iştirak edir - CANLI
-
İdman13:53Elvin Cəfərquliyev yenə gündəmdə: Diktordan mikrafonu aldı və bu sözü qışqırdı - VİDEO
-
Dünya12:48Ərdoğanın bu sözləri Davosda gündəm oldu: Masada olmayanlar...
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər
-
İdman10:18"Qarabağ" hansı halda pley-offa yüksələcək? - Bu komandalardan ikisi xal itirsə...
-
Nida Xəbər 09:54Prezidentin gəlini də Davosdadır - FOTO












.jpg)










.jpg)











