Levandovski Ronaldonun nailiyyətini təkrarladı: Messiyə çata biləcək?
Bizi izləyin

İdman

Levandovski Ronaldonun nailiyyətini təkrarladı: Messiyə çata biləcək?

“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının cari mövsümündə ilk qolunu vurub.

Publika.az xəbər verir ki, o, əsas mərhələnin 7-ci turunda “Slaviya”ya qarşı keçirilən oyunda (4:2) fərqlənib. 37 yaşlı polşalı futbolçu 70-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Beləliklə, Levandovski Çempionlar Liqasında 16 fərqli mövsümdə qol vuran futbolçular siyahısına düşüb və bu göstəricidə Kriştiano Ronaldo, Rayan Giqqz, Raul Qonzales və Tomas Müllerə çatıb. Rekord isə Lionel Messi və Kərim Benzemaya məxsusdur. Hər ikisi turnirdə 18 mövsüm qol vurub.

Qeyd edək ki, Levandovski bu görüşdə avtoqol müəllifi də olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm