İdman
ABŞ-da azərbaycanlılar arasında ilk MMA döyüş turnirinə start verildi - FOTO
ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası və Birləşmiş Ştatların "CSE Combat" birliyinin təşkilatçılığı ilə "The Gauntlet" adlı çoxmərhələli peşəkar döyüş turnirinə start verilib.
Publika.az "Report"a istinadla xəbər verir ki, turnirdə ABŞ-ın tanınmış MMA döyüşçüləri və idman azarkeşləri iştirak ediblər. Turnir döyüşçülərin fiziki və psixoloji imkanlarını sınağa çəkmək, eyni zamanda gələcəyin perspektivli idmançılarını üzə çıxarmaq məqsədi daşıyır.
Turnir çərçivəsində MMA və kikboksinq döyüşləri də təşkil olunub. Qarşılaşmalarda yüksələn istedadlar bacarıqlarını nümayiş etdirərək azarkeşlərin diqqətini cəlb ediblər.
Hər çəki dərəcəsində səkkiz idmançının iştirak etdiyi turnir tək-məğlubiyyət sistemi üzrə keçirilib. İştirakçılar növbəti mərhələyə yüksəlmək uğrunda gərgin və prinsipial mübarizə aparıblar.
Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, ABŞ-da yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı "Report"a bildirib ki, turnir ilk dəfə təşkil olunur və rəhbərlik etdiyi qurumun ABŞ-da idman sahəsində həyata keçirdiyi ilk beynəlxalq layihədir:
"Təşkilatımız 2023-cü ildə qurulub. Üzvlərimiz ABŞ-da fəaliyyət göstərən azərbaycanlı idmançılardır. Onların arasında Nazim Sadıqov olmaqla MMA-da döyüşən idmançılarımız da var. Azərbaycanlı idmançıların ABŞ-də güclərini sınamaları üçün layihələr üzərində işləyirik. Bu turnir də layihələrdən biridir".
Turnirin 1-ci raundunda müxtəlif çəki dərəcələrində döyüşlər keçirilib və qaliblər 2-ci mərhələyə vəsiqə qazanıblar.
Döyüşçülər arasında azərbaycanlı məşqçi Teymur Həsənov tərəfindən hazırlanan 3 idmançı da yer alıb. Milliyyətcə ukraynalı olan həmin döyüşçülərdən ikisi rəqiblərini nokautla məğlub edərək birincilik qazanıb. Onlar qələbələrini Azərbaycan bayraqları ilə qeyd ediblər.
Gecədə turnirdən kənar MMA və kikboksinq qarşılaşmaları da baş tutub. Döyüşlərdəki istedadlar öz bacarıqlarını nümayiş etdirərək idman azarkeşlərinin böyük marağına səbəb olublar.
-
Dünya09:48Mərkəzi Banka xəbərdarlıq edildi: Hazırlaşın, kiçik yaşıl adamlar gəlir, xaos yaşanacaq
-
İqtisadi gündəm09:33Pensiya kapitalı nə qədər artırılacaq? - Rəsmi rəqəm elan olundu
-
Maraq dünyası09:00Həyat 101 yaşında YENİDƏN BAŞLAYIR - Uzunömürlülüyün sirləri açıldı
-
Magazin108:00Adriana Lima jurnal üçün çılpaq poza verdi - FOTO
-
Magazin106:46Nazpəri mərhum oğlunun övladını belə təbrik etdi - VİDEO
-
Dünya06:16Müəllim 12 yaşlı şagirdindən uşaq dünyaya gətirdi
-
Dünya05:45Göyərtəsində 400-ə yaxın insanın olduğu BƏRƏ BATDI
-
Avropa03:13Zelenski Avropa Birliyindən görün nə istədi
















.jpg)





















