Göyərtəsində 342 sərnişin olan bərə aşdı: Xeyli ölən var
Bizi izləyin

Dünya

Göyərtəsində 342 sərnişin olan bərə aşdı: Xeyli ölən var

Bazar ertəsi gecəsi Filippində yüzlərlə sərnişin daşıyan bərə aşıb.

Publika.az xəbər verir ki, adalararası səyahət edən bərədə 342 nəfər olub.

Xinhua agentliyinin məlumatına görə, ölənlərin sayı 15-ə çatıb.

Artıq 200-dən çox insan xilas edilib, 43 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Sahil Mühafizəsi, Hərbi Dəniz Qüvvələri və balıqçı gəmilərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, gəmi Zamboanqa liman şəhərindən Sulu əyalətindəki cənubdakı Jolo adasına gedirmiş.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm