Almaniyadan Trampın təklifinə cavab gəldi: Xoşagəlməz bir sürprizdir
Bizi izləyin

Dünya

Almaniyadan Trampın təklifinə cavab gəldi: Xoşagəlməz bir sürprizdir

Almaniya hakimiyyəti ABŞ prezidenti Donald Trampın Sülh Şurasının yaradılması təklifinə cavab verib.

Publika.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful layihənin suallar doğurduğunu və gözlənilməz olduğunu bildirib.

Nazirin sözlərinə görə, "Sülh Şurası" termini əvvəllər əsasən mücərrəd bir anlayış kimi mövcud idi, ona görə də Berlin konkretlikləri - ilk növbədə xartiyanın necə qurulacağını və formata hansı mexanizmlərin daxil ediləcəyini gözləyirdi. Vadefulun qeyd etdiyi kimi, təklif olunan versiya Almaniya üçün xoşagəlməz bir sürpriz olub.

Diplomat Almaniyanın Qəzza zolağındakı vəziyyətin həllində iştirak etməyə hazır olduğunu təsdiqləyib, lakin bunu HƏMAS-ın tərksilah edilməsi şərti ilə əlaqələndirib. Almaniya tərəfinin fikrincə, bu şərt olmadan istənilən yeni struktur və platformalar təsirsiz olacaq.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm