İdman
Ulduz futbolçunun yaşca özündən böyük xanımı: Görün kimdir - FOTOLAR
Bosniyalı ulduz futbolçu Edin Dzeko 14 ildən sonra Almaniyaya qayıdıb. Mart ayında 40 yaşı tamam olacaq hücumçu “Fiorentina”dan “Şalke”yə keçib. Onu yeni klubunun İkinci Bundesliqada çıxış etməsi də qorxutmur, çünki Florensiyada onun işi heç cür alınmamışdı.
Dzeko “Şalke” forması ilə ilk matçındaca qol vurub və İkinci Bundesliqa tarixində ən yaşlı qol müəllifi olub. “Kayzerslautern”lə oyunun keçirildiyi gün onun yaşı 39 il, 10 ay və 8 günlük idi. “Auqsburq”un hücumçusu Helmut Hallerə məxsus rekord isə 1979-cu ildən bəri, təxminən 40 il ərzində dəyişmirdi.

Hücumçu Helzenkirhenə böyük ailəsi ilə köçüb. Tanış olun, bu xanım Edinin həyat yoldaşı Amradır.
Amra Silayciç 1984-cü ildin oktyabrında Sarayevoda anadan olub. Keçən payız o, 42 yaşını qeyd edib. Edin ondan iki yaş kiçikdir.
Amra tanınmış bosniyalı modeldir. 16 yaşında nüfuzlu Fransız “Metropolitan Top Model” müsabiqəsini qazanıb, bundan sonra Parisdə yerləşən “Elite Model” agentliyi ilə əməkdaşlığa başlayıb və dünyaca məşhur brendlərlə çalışıb.

Bundan başqa, Amra bir neçə film və serialda çəkilib, həmçinin Enrike İqlesias, Tayo Kruz, Bleyk Şelton və digər məşhur ifaçıların kliplərində yer alıb.
Amra və Edin 2011-ci ildən birlikdədir. Hətta hər il qeyd etdikləri dəqiq bir tarix də var – 24 iyul. Həmin vaxt Dzeko artıq “Mançester Siti”də qol vururdu və “Volfsburq”dan İngiltərəyə yeni köçmüşdü.
Cütlük 11 yanvar 2016-cı ildə evlənib. Edinin ailə vəziyyəti artıq “Roma”nın hücumçusu olduğu dövrdə dəyişib.

Dzeko Amranın ilk əri deyil. 2001-ci ildə o, serb biznesmenin evlilik təklifini qəbul etmişdi, 2003-cü ildə cütlüyün bir qızı dünyaya gəldi, lakin 4 ildən sonra boşandılar.
Edin və Amranın dörd övladı var: Una, Daliya və Hana adlı qızları, Dani adlı oğulları. Əsl çoxuşaqlı ailədirlər.
Amra artıq model biznesini bitirib. İndi o, xeyriyyə fəaliyyəti ilə məşğuldur və Edini stadionlarda dəstəkləyir.












-
Rəsmi xronika12:44Prezident yeni səfiri qəbul etdi - FOTO/YENİLƏNDİ
-
Köşə12:42Mən bu qadınların qarşısında baş əyirəm!
-
İdman11:12Ulduz futbolçunun yaşca özündən böyük xanımı: Görün kimdir - FOTOLAR
-
Dünya11:00Türkiyə bu ölkəyə meydan oxuyur: İcazəmiz olmadan heç nə edə bilməzsiniz
-
Region10:18Köçəryan Türkiyəyə qarşı ərazi iddiası irəli sürdü - FOTOFAKT
-
Nida Xəbər 10:15"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri tutuldu
-
İKT09:00"Samsung" tullantılardan ekran hazırladı
-
Magazin108:12Alim Qasımovdan SƏMİMİ ETİRAF: “Özümü reklam edirəm” - VİDEO
































.jpg)





