İdman
Ceyk Polun sevgilisi qalmaqalla gündəmə gəldi - Foto
Niderlandlı sürətli konkisürmə ulduzu Yutta Lerdam 2026-cı ilin qış Olimpiya oyunlarından əvvəl qalmaqallı vəziyyətlə gündəmə gəlib.
Publika.az xəbər verir ki, o, Olimpiadaya millinin heyəti ilə birlikdə deyil, şəxsi təyyarəsi ilə uçmağı seçib. O, səyahəti aktiv şəkildə “Instagram”da bölüşüb. Lüks salon, şəxsi dekorasiyalar, üzərində şəkli olan kekslər, öz fotoları olan televizor və incə şam yeməyi.
Bununla belə, Niderlandda bu həyat tərzi hər kəs tərəfindən bəyənilməyib. Keçmiş futbolçu və teleekspert Yoxan Derssen Lerdamı sərt tənqid edib, bildirib ki, o milyonçular kimi yaşayır:
“O, onsuz da lüks yaşayır – şəxsi təyyarələr və s. Mənim üçün bu iyrənc görünür. Əgər mən onun məşqçisi olsaydım, buna dözməzdim. Niderlandda getdikcə daha çox insan onun davranışından yorulmağa başlayır”.
Tənqidə baxmayaraq, Lerdam Olimpiadada əsas yarışlara hazırlaşır. Növbəti həftə 1000 metr məsafəyə, 15 fevralda isə 500 metr məsafəyə yarışa çıxacaq.
Onun Oyunlara gedişi asan olmayıb. dekabrda 1000 metr məsafədə yarışmada yıxılıb və demək olar ki, olimpiyada biletini itiririb. Lakin məşqçi heyəti 500 metr yarışlarda uğurlu çıxışına görə ona son boş yeri verib.
Son bir ildə Yutta Lerdamın populyarlığı artıb. “Instagram”da beş milyondan çox izləyicisi var və o, bloger Ceyk Pol ilə olası evliliyi ilə dünya mətbuatının diqqətini çəkib. Cütlük sosial şəbəkələr vasitəsilə tanış olub, Pol onu podkastına dəvət edib və münasibətləri 2023-cü ilin aprelində ictimaiyyətə açıqlanıb.
Qeyd edək ki, 27 yaşlı idmançı 2022-ci ildə Pekində gümüş medal qazanıb.
Bu gönderiyi Instagram'da gör
Dünya07:35Milyonçu olduğundan xəbəri belə yoxdur: zaman daralır
Magazin205:45Şahzadə Diananın ruhu məni təqib edir - Məşhur aktrisa
İdman02:43“Əl-Nəsr” Ronaldonun maaşını ödəmir? - Şok iddia
İdman01:40Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
Kriminal6 Fevral 22:34Güllələnən müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
Elm və təhsil6 Fevral 21:26"İdrak" valideynləri belə aldadıb: Vatsapa göndərilən mesaj
Magazin16 Fevral 21:13Əlikram efirdə ağladı: “Özümə bağışlaya bilmirəm” - Video
Nida Xəbər 6 Fevral 20:48Əli Əsədov sərəncam imzaladı
















.jpg)

.jpg)





















