Region
ABŞ səfirliyindən amerikalılara çağırış - Dərhal ölkəni tərk edin
ABŞ-ın İrandakı virtual səfirliyi amerikalı vətəndaşlara ölkəni dərhal tərk etməyi çağırıb.
Publika.az xəbər verir ki, diplomatik missiyanın saytında yayılan xəbərdarlıqda təhlükəsizlik vəziyyətinin pisləşdiyi vurğulanır və vətəndaşların ABŞ hökumətindən asılı olmayaraq öz çıxış planlarını hazırlamaları tövsiyə olunur.
Açıqlamada qeyd edilir ki, ikili vətəndaşlığı olan şəxslər İran pasportlarından istifadə edərək ölkəni tərk etməlidirlər.
Diplomatlar amerikalılara nümayişlərdə iştirak etməməyi, diqqətli olmağı və ətrafdakı vəziyyətə həssas yanaşmağı da məsləhət görürlər.
Xəbərdarlıq 12–13 yanvarı tarixlərində yayımlanıb və hazırda yenidən gündəmə gəlib.
ABŞ Dövlət Departamenti bildirir ki, amerikalıların təhlükəsizliyi üçün bu cür kəskin çağırışlar zəruridir, çünki rəsmi İran ilə ABŞ arasında diplomatik əlaqələr olmadığından konsulluq yardımı çox məhduddur.
Hüseyn İbadlı
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































