Mbappe ilə PSJ arasında növbəti gərginlik
Bizi izləyin

İdman

Mbappe ilə PSJ arasında növbəti gərginlik

Hazırda “Real”da çıxış edən hücumçu Kilian Mbappenin vəkilləri ödənilməmiş məzuniyyət bonusları ilə bağlı sabiq klubu PSJ-yə məhkəmə icraçısı göndərib.

Publika.az xəbər verir ki, “L’Equipe”-in məlumatına görə, söhbət 5,9 milyon avro məbləğində borcdan gedir.

Bu addım Paris klubunun məhkəmə tərəfindən əvvəlcədən müəyyən edilmiş kompensasiyanın bir hissəsini ödəməməsindən sonra atılıb. Daha əvvəl çıxarılan qərara əsasən, PSJ Mbappeyə ümumilikdə 60,9 milyon avro ödəməlidir. Bu məbləğin 55 milyon avrosu maaşlar və digər bonusları əhatə edir.

Əgər klub bu öhdəliyi yerinə yetirməsə, məhkəmə sistemi borcun qaytarılması üçün PSJ-yə məxsus əmlakın müsadirəsinə başlaya bilər. Mbappe son hüquqi addımla bağlı açıq açıqlama verməsə də, ona çatmalı olan bütün məbləği almaqda qəti mövqedə qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm