Messini məhkəməyə verdilər - Şok səbəb
Bizi izləyin

İdman

Messini məhkəməyə verdilər - Şok səbəb

Messini məhkəməyə verdilər - Şok səbəb

Lionel Messi 2025-ci ilin payızında Argentina millisi ilə yoldaşlıq oyununda iştirak etmədiyinə görə məhkəməyə verilib.

Publika.az “TMZ Sports”a istinadla xəbər verir ki, Mayamidə yerləşən və böyük idman və musiqi tədbirlərinin təşviqi ilə məşğul olan VID şirkəti çərşənbə axşamı Messi və Argentina Futbol Assosiasiyasına qarşı “saxtakarlıq və müqaviləni pozmaq” ittihamı irəli sürüb.

Sənəddə iddia olunur ki, şirkət Argentinanın 2025-ci ilin oktyabr ayında Venesuela (1-0) və Puerto Riko (6-0) ilə keçirdiyi yoldaşlıq oyunlarının eksklüziv hüquqlarını 7 milyon dollara əldə edib. İddiaçı iddia edir ki, müqaviləyə əsasən Messi zədələnmədiyi təqdirdə hər matçda ən azı 30 dəqiqə oynamağa borclu idi.

“İnter Mayami”nin hücumçusu 11 oktyabrda Venesuelaya qarşı oyunu buraxsa da, 14 oktyabrda Puerto Rikoya qarşı oyunda meydana çıxıb.

12 oktyabrda isə Messi MLS- də (4-0) “Atlanta”ya qarşı oynayıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

VID iddia edir ki, Messi Venesuelaya qarşı oynamamağı seçərək müqaviləsini pozub. Şirkət, həmçinin oyunçunun və ailəsinin oyunu izlədiyi otel otağının pulunu ödədiyini iddia edir. AFA 2026-cı ildə Çinə qarşı oyun sifariş etməklə vəziyyəti düzəltməyə söz verib, lakin oyunlar baş tutmayıb. Şirkət dəyən zərərlərə görə kompensasiya tələb edir. Tələb olunan məbləğ dəqiqləşdirilməyib, lakin VID iddia edir ki, dəyən ziyan bir neçə milyon dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm