İdman
Məşhur stadionun yanğından sonrakı ilk görüntüləri yayımlandı - FOTOLAR
İsveçrənin “Bazel” klubu rəsmi saytında “Sankt-Yakob Park” stadionunda baş vermiş yanğınla bağlı açıqlama yayıb.
Publika.az xəbər verir ki, hadisə baş verdiyi ərazidən fotolar da təqdim edilib.
“2026-cı il aprelin 10-u gec saatlarda “Sankt-Yakob Park” stadionunda - komandamızın soyunub-geyinmə otaqları yerləşən hissədə yanğın baş verib. Yanğının başvermə səbəbləri hələlik tam müəyyənləşdirilməyib.
Hadisə yerində ilkin rəsmi istintaq tədbirləri aprelin 14-ü səhər saatlarınadək davam edib. Bundan sonra obyekt üzərindən rəsmi möhür götürülüb və həmin günün ikinci yarısında sığorta şirkətlərinin nümayəndələri, eləcə də yanğından sonra bərpa işləri üzrə ixtisaslaşmış müxtəlif qurumlar tərəfindən ərazilərə baxış keçirilib və ilkin ziyanın qiymətləndirilməsinə başlanılıb. Mövcud məlumatlara əsasən, yanğının ocağı sauna zonasında yerləşib”, - deyə açıqlamada bildirilib.
Hadisə nəticəsində bu stadionda ötən həftə sonu keçirilməli olan İsveçrə Superliqasının 33-cü turunun “Bazel” - “Tun” oyunu təxirə salınıb.
Heybət



-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az21 İyun 18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ21 İyun 17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi













.jpg)




















