İdman
Qalmaqallı epizoddan sonra IFAB hərəkətə keçdi: VAR-da dəyişiklik ediləcək
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) fevralın 28-də Uelsdə keçiriləcək iclasda VAR sisteminin iş qaydasında dəyişiklik edilməsini müzakirə edəcək.
Publika.az xəbər verir ki, “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, bu dəyişikliklər “Yuventus”un müdafiəçisi Pyer Kalulunun “İnter”lə A Seriyası matçında (3:2) 42-ci dəqiqədə meydandan qovulmasından sonra gündəmə gəlib.
Mənbənin məlumatına görə, əgər IFAB ikinci sarı vərəqələrlə bağlı epizodlara VAR müdaxiləsini məqsədəuyğun hesab etsə, yeni qaydalar 2026/2027 mövsümündən deyil, birbaşa 2026-cı il dünya çempionatından tətbiq oluna bilər.
Xatırladaq ki, görüşün baş hakimi Federiko La Penna birinci hissənin sonunda Kaluluya “neradzurri”nin müdafiəçisi Alessandro Bastoniyə qarşı qayda pozuntusuna görə ikinci sarı vərəqə göstərib. Halbuki epizodda Bastoninin simulyasiya etdiyi ehtimal olunur. Mövcud qaydalara əsasən, bu vəziyyətdə VAR müdaxilə edə bilməzdi, çünki məsələ birbaşa qırmızı vərəqə ilə bağlı deyildi.
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?














.jpg)




.jpg)














.jpg)



