İdman
Yaşıl meydanların rus gözəli: O, Bakıya niyə gəlibmiş? - Fotolar
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə İtaliyadan üç klub - "İnter", "Atalanta" və "Yuventus" vəsiqə qazanıb.
Bu isə o deməkdir ki, tamaşaçılar tez-tez Milan stadionundan birbaşa bağlantılar edən müxbir İrina Zelenenkonu görəcəklər. O, ümumi mərhələ ərzində stadionun kənarından canlı yayımları ilə diqqət çəkib.

İrina uşaqlıqdan televiziya aparıcısı olmağı arzulayıb. Buna görə də hələ məktəb illərində Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmaq üçün hazırlaşmağa başlayıb. 2018-ci ildə universitetə qəbul olunan İrina həmin vaxt gələcək karyerasının futbolla bağlı olacağını yəqin ki, təsəvvür etməyib. O, universitet seçimi barədə belə danışıb:
"Moskva Dövlət Universitetini ona görə seçdim ki, ədəbiyyat, tarix, incəsənət və dillər üzrə geniş humanitar baza əldə etmək istəyirdim. Bundan əlavə, jurnalistika fakültəsinin tələbələrinin praktikaya və elmi fəaliyyətə vaxt ayırmaq imkanı olur. Bizi yalnız jurnalist kimi deyil, dünyada baş verən hadisələrə öz baxışı olan şəxsiyyət kimi formalaşdırırlar".

İrina 2022-ci ildə ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən birinin diplomunu alıb. O, idman jurnalisti kimi fəaliyyətinə ali təhsilini tamamlamadan əvvəl başlayıb. 8 avqust 2021-ci ildə "Okko" kanalı tarixində futbol matçını şərh edən ilk qadın olub. Bu, "Barselona" ilə "Yuventus" arasında Qamper kuboku çərçivəsində keçirilən mövsümöncəsi oyun olub. İrina həmin an barədə bunları deyib:
"Heç vaxt düşünməzdim ki, futbol şərh edəcəyəm, həm də Vladimir Stoqnienko ilə birlikdə. Mənə göstərilən dəstəyə görə hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün çox xoş oldu".


Bir müddət əvvəl istirahət üçün Bakıya gələn İrina hazırda Milan şəhərində yaşayır və 2025-ci ildən "IULM University of Milan"da təhsil alır. O, eyni zamanda fəaliyyətini davam etdirir və "İnter"in Çempionlar Liqasındakı bütün ev oyunlarında müxbir kimi çalışır. İrina stadionun kənarından reportajlar hazırlayır, komandaların paltardəyişmə otaqlarına daxil olur və azarkeşlərə matç atmosferini çatdırır.

Onun peşəkar təcrübəsi kifayət qədər zəngindir. İrina 2024-cü ildə İtaliya kubokunun finalında işləyib və "Yuventus"un "Atalanta" üzərində qələbəsindən sonra Duşan Vlahovicdən müsahibə alıb. Bundan əlavə, o, 2024/25 mövsümündə Fransa kubokunun finalında da çalışıb.
Maraqlıdır ki, İrina İtaliya klublarından heç birinə azarkeşlik etmir. O, nə "İnter", nə də "Milan" azarkeşidir. Onun sevimli komandası İngiltərənin "Liverpul" klubudur.





-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi










.jpg)

















.jpg)



.jpg)






