Sosial
Vətən müharibəsi qazisinə VƏZİFƏ VERİLDİ - FOTO
Balakən Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.
Publika.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.
Belə ki, icra başçısının əmri ilə Hacı Muradov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, eləcə də Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun isə müdiri vəzifəsinə təyin edilib.
Digər əmrlə Asif Məmmədov Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
Qeyd edək ki, A.Məmmədov bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi, H.Muradov isə İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyib. Vətən müharibəsi qazisi olan H.Muradov Azərbaycan Prezidentinin Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları, Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.

-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO





































