İdman
"Traktor" İrandan FIFA-ya şikayət etdi - Rəsmi
Təbrizin "Traktor" klubu İran Futbol Federasiyasından (FFIRI) FIFA-ya şikayət edib.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun idarə heyəti tərəfindən imzalanan və FIFA-nın baş katibinə ünvanlanan müraciət üç əsas istiqaməti əhatə edir.
Şikayətdə ilk növbədə fors-major prinsiplərinin pozulması, oyunların təhlükəsizliyi və ədalətli idarəetmənin olmaması qeyd edilib.
Ən ciddi bölmə isə "Traktor" klubuna və onun milli üzvü olan futbolçularına qarşı davam edən etnik və irqi ayrı-seçkilikdir. Klub rəhbərliyi federasiyanın bu təhqirlərə qarşı səssiz qaldığını və qərəzli mövqe nümayiş etdirdiyini bildirib.
Həmçinin Video Köməkçi Hakim (VAR) sisteminin tətbiqindəki natamamlıqlar da şikayətə əlavə olunub.
Qeyd edək ki, klub sahibi Məhəmmədrza Zünnuzi bir müddət əvvəl bu ayrı-seçkilik davam edərsə, komandanın çempionatdan çəkilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. (Teleqraf)
-
Magazin123:35Roza Cəlilovanın mirası ətrafında qalmaqal - DİN-dən reaksiya
-
Ekologiya23:15Günəşdə güclü partlayış baş verdi
-
Magazin122:34Tolikə yüksək vəzifə verildi
-
İdman21:39"Traktor" İrandan FIFA-ya şikayət etdi - Rəsmi
-
İnanc19:10Ramazanın 8-ci günü: Dua, imsak və iftar vaxtı
-
Sosial19:00Məskunlaşdığı evi 10 minlik elektrik borcu ilə tərk edən məcburi köçkün danışdı
-
Dünya16:54İran hava məkanını bağladı - Azərbaycanla sərhəddə və...
-
Nida Xəbər 15:52Zakir Həsənov polkovnikin vəzifəsini dəyişdirdi
























.jpg)







.jpg)


