ABŞ
Trampın çıxışından əvvəl “qiyamət təyyarəsi” Vaşinqtona endi
ABŞ-ın "Qiyamət günü təyyarəsi" adlandırılan hava gəmisi Vaşinqtonda eniş edib.
Publika.az xəbər verir ki, bu, ABŞ lideri Donald Trampın Konqresə planlaşdırılan illik müraciətindən bir neçə saat əvvəl baş verib.
Tramp yerli vaxtla saat 21:00-da Konqresin hər iki palatasının üzvləri qarşısında ölkədəki vəziyyət və administrasiyasının iş planları barədə ismarışla çıxış etməyə başlayıb.
"Boeing-E4B Nightwatch" təyyarəsi ABŞ-ın mərkəzi vaxtı ilə saat 09:20-də Luizianadakı Barksdeyl hərbi bazasından havaya qalxıb. Təxminən 3,5 saat havada qalan təyyarə Vaşinqtonun mərkəzindən 24 kilometr aralıda yerləşən Endryus hərbi bazasına enib. Bu bazadan ABŞ hərbçiləri və Tramp özü daxili və beynəlxalq uçuşlar üçün vaxtaşırı istifadə edirlər.
"E-4B Nightwatch" "Boeing 747-200"ün hərbi versiyasıdır. O, Milli Hava Əməliyyat Mərkəzinin uçan komanda məntəqəsi kimi istifadə olunur; bu təyyarədən prezident, müdafiə naziri və Birləşmiş Qərargah Rəisləri Komitəsi yararlanır.
Hüseyn İbadlı
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu















.jpg)






















