İdman
İnfantinodan yeni təklif: Bu hərəkəti edən futbolçular cəzalandırılsın
FİFA prezidenti Canni İnfantino futbolda irqçiliklə mübarizə tədbirlərinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
Publika.az xəbər verir ki, funksioner, əgər futbolçu ağzını əli ilə örtərək irqçi məzmunlu ifadə işlədirsə, bu halda onun dərhal meydandan qovulmalı olduğunu söyləyib:
"Əgər oyunçu əlini ağzına tutaraq nəsə deyirsə və bu irqçi məzmun daşıyırsa, o, açıq-aşkar meydandan uzaqlaşdırılmalıdır. Deməli, o, deyilməməli olan bir söz deyib, əks halda ağzını örtməyə ehtiyac qalmazdı.
Elə hallar olub ki, biz bunu əvvəlcədən nəzərdə tutmamışıq. Əlbəttə, Vinisius Junior ilə Canluka Prestianninin intizam işi zamanı vəziyyət təhlil edilməli və sübutlar təqdim olunmalıdır. Amma gələcəkdə biz bununla kifayətlənə bilmərik.
Bəlkə də biz yalnız cəza haqqında deyil, həm də mədəniyyətimizi dəyişmək barədə düşünməliyik. Qaydanı pozan futbolçuya üzr istəmək imkanı verilməlidir. Qəzəb anında insan istəmədiyi hərəkəti edə bilər, sonra üzr istəyə bilər. Bu halda cəza fərqli ola bilər, biz irəliyə doğru addım atmalı və bu istiqamətdə düşünməliyik.
Bunlar irqçiliklə mübarizəyə ciddi yanaşmaq üçün atmalı olduğumuz addımlardır".
Qeyd edək ki, UEFA-ya Çempionlar Liqasının pley-off mərhələsinin “Benfika” ilə ilk oyununda (1:0) "Real"ın vingeri Vinisius Juniorun Canluka Prestianni tərəfindən irqçiliklə üzləşdiyi iddia olunur. Qol vurduqdan sonra braziliyalı ulduz hakimə “qartallar”ın futbolçusu tərəfindən ona qarşı irqçi təhqir edildiyini bildirib. Anti-irqçilik protokoluna əsasən, oyun 10 dəqiqə dayandırılıb və sonra bərpa olunub.
Heybət
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər



























.png)


.jpg)




