İdman
Hərbi xidmətə gedən idmançını itiririk - Fərid Mansurov
"Biz hərbi xidmətə gedən perspektivli idmançını faktiki itiririk".
Publika.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya komitəsi və idman federasiyaları ilə təşkil etdiyi görüşdə deyib.
Fərid Mansurov qeyd edib ki, dünya və Avropa çempionatlarında fərdi idman növlərində qalib idmançı Azərbaycan İdman Akademiyasına qəbul olur, lakin digər perspektivli atletlər kənarda qalır:
“Həmin perspektivli idmançılar hərbi xidmətə getdikdə isə biz faktiki olaraq həmin idmançını itirmiş oluruq. Bu da peşəkar idmanda rəqabətin zəifləməsinə, ardıcıl nəsil dəyişiminin pozulmasına gətirib çıxarır. Nəticədə bəzi federasiyalar, xüsusilə nəticə verən aparıcı federasiyalar məcburi legioner idmançılara müraciət edirlər. Bu məsələ qanunvericiliklə müəyyən meyarlar və limitlər çərçivəsində tənzimlənsə, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış mexanizm qurulsa, daha faydalı nəticə əldə etmək olar”.
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı































.png)


.jpg)



