İdman
Avstraliya iranlı futbolçularla bağlı qərar verdi
Avstraliya hakimiyyəti Asiya Kubokunda milli himni oxumaqdan imtina etdiklərinə görə vətənlərində ciddi cəza təhlükəsi ilə üzləşən İran millisinin futbolçularına humanitar viza vermək qərarı qəbul edib.
Publika.az xəbər verir ki, hazırda komandanın qaldığı oteldən çıxarılaraq təhlükəsiz yerə aparılan beş idmançıya viza rəsmiləşdirilib. Fatima Pasandide, Zara Qanbari, Zara Sarbali, Atefeh Ramazanzade və Mona Hamudiyə 24 saat ərzində vizalar təqdim olunub. Bu barədə ölkənin immiqrasiya naziri Toni Berk məlumat verib.
"Onlar siyasi fəal olmadıqlarını göstərmək istəyirlər, təhlükəsiz olmaq istəyən idmançılardır. Komandanın digər üzvlərinə də deyirəm ki, onların da eyni imkanı var. Avstraliya İranın qadın futbol millisinin üzvlərini böyük rəğbətlə qarşılayıb. Bu qadınlar Avstraliyada çox populyardır. Lakin anlayırıq ki, qəbul etdikləri qərarlara görə onlar son dərəcə çətin vəziyyətlə üzləşiblər", - deyə Berk bildirib.
Avstraliyada keçirilən Asiya Kubokunun qrup mərhələsində İran millisi üç oyunda üç məğlubiyyət alıb. Komandaya diqqət isə artıq ilk matçda yönəlib. Belə ki, himn səsləndirilərkən futbolçular səssiz dayanıblar. İdmançıların bu davranışı İran hakimiyyətinə qarşı etiraz jesti kimi qəbul olunub. İranın özündə isə futbolçuların addımı xəyanət kimi qiymətləndirilib və onların ciddi şəkildə cəzalandırılması tələb olunub.
Qeyd edək ki, Avstraliyanın humanitar viza proqramı qaçqınlara və humanitar yardıma ehtiyacı olan insanlara daimi müdafiə təmin edir. Bu vizanın sahibləri ölkədə yaşaya, işləyə və təhsil ala bilirlər.
Heybət
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



