Qırmızı vərəqə aldı, hakimə hücum etdi - VİDEO
Bizi izləyin

İdman

Qırmızı vərəqə aldı, hakimə hücum etdi - VİDEO

İtaliyada gənclər komandalarının oyununda qalmaqallı hadisə baş verib.

Publika.az xəbər verir ki, “Sassuolo” və “Napoli”nin U-20 komandaları arasında keçirilən matç zamanı meydan sahiblərinin 18 yaşlı yarımmüdafiəçisi Troy Tomsa qırmızı vərəqə aldıqdan sonra emosiyalarına hakim ola bilməyib. Həmin anda hesab “Napoli”nin xeyrinə 3:2 olub.

Futbolçu əvvəlcə meydanı tərk etməyə başlayıb, lakin qəfil geri dönərək hakimin üzərinə gedib. Mübahisə zamanı Tomsa referinin qollarından tutub və onu iki dəfə itələyib.

Qəzəblənmiş oyunçunu digər futbolçular sakitləşdirməyə çalışıb. Xüsusilə “Napoli”nin futbolçusu Andrea Smeraldi onu saxlamağa kömək edib.

Tomsa meydanı tərk etdikdən sonra da gərginlik davam edib. Məlumata görə, o, onu sakitləşdirməyə çalışan “Sassuolo”nun məşqçilərindən birini də aqressiv şəkildə itələyib.

Hadisədən sonra klub sərt mövqe nümayiş etdirib. “Sassuolo”nun yaydığı rəsmi açıqlamada futbolçunun davranışı qəti şəkildə pislənilib və ona qarşı ciddi intizam tədbirlərinin görüləcəyi bildirilib.

Bəyanatda vurğulanıb ki, bu cür hadisələr klubun gənc idmançılara aşılamağa çalışdığı hörmət və feyr-pley prinsiplərinə tam ziddir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm