İdman
Güləşdə növbəti dəyişiklik - FOTO
İsveçrənin Lozanna şəhərində Dünya Güləş Birliyi İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ölkəmizi Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev təmsil edib.
Dünya Güləş Birliyi uzun illərdən qalan ənənələrdə dəyişiklik edib. Məqsəd Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə cavab vermək, güləş idman növünün kütləviliyini artırmaq və təbliğatı genişləndirməkdir.
İlk dəfə 1972-ci il Münhen Yay Olimpiya Oyunlarında tətbiq olunan ənənəvi sarı və qırmızı rəngli güləş döşəkləri tünd göy və narıncı rəngliləri ilə əvəzlənəcək. Bundan başqa, kostyum və qalstukla görüşləri idarə edən hakimlər indi polo koynək və şalvarda olacaqlar. Hazırda göy və qırmızı rəngli trikolarla çıxış edən güləşçilər vahid dizaynlı formaya keçəcəklər. Bu dəyişiklik ilin sonuna qədər həyata keçiriləcək və hər üç güləş növündə tətbiq olunacaq.
İdarə Heyətinin iclasında Kosovonun Dünya Güləş Birliyinə müvəqqəti üzv kimi qəbul edilməsi qərara alınıb. Qitələr üzrə güləş qurumlarının adlarında da dəyişiklik edilib. Bu qurumların Dünya Güləş Birliyinin regional qurumları kimi qəbul edilməsinə və DGB - Afrika, DGB - Amerika, DGB - Asiya, DGB - Avropa və DGB - Okeaniya kimi adlandırılmasına qərar verilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR