İdman
İçveçdə dəhşət - Gənc futbolçu güllələndi
İsveçdə 20 yaşlı futbolçu qətlə yetirilib.
Publika.az xəbər verir ki, hadisə şənbə günündən bazar gününə keçən gecə Örebro şəhərinin qərbindəki yaşayış massivində baş verib. Silahlı insident barədə məlumat alan bir neçə polis patrul xidməti əraziyə göndərilib və hadisə yerində çoxsaylı güllə yaraları alan gənc aşkar edilib. O, xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Ölən şəxs yerli “Forvard” klubunun qapıçısı Huqo Mosshaqen olub.
“Expressen”in məlumatına görə, polis idmançının qətlini səhv kimi araşdırır – əsas fərziyyə budur ki, hədəf futbolçunun çevrəsinin başqa bir üzvü olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mosshaqenin dəstələrlə əlaqələrindən xəbərsiz olduqlarını qeyd ediblər.
Hazırda heç kim həbs olunmayıb və polisdə şübhəli şəxs yoxdur. Hazırda evdə axtarış və dindirmələr aparılır və polis ərazidəki müşahidə kameralarından görüntülər də toplayıb.
-
Elm və təhsil21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik
-
Hadisə20:20Aşığın maşını yanıb külə döndü - VİDEO
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir
-
Elm və təhsil19:4017 mayda keçirilən imtahanların nəticələri elan edildi
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO




































