Cənubi Qafqaz
Qarabağ separatçılarının İrəvandakı “qalası” alınır - Azərbaycanlılara veriləcək
Qarabağdan Ermənistana qaçan keçmiş separatçıların “inzibati binası” əllərindən alınacaq.
Publika.az xəbər verir ki, Ermənistan hakimiyyəti keçmiş “Qarabağdakı qondarma rejimin İrəvandakı nümayəndəliyi”ni uzun müddətdir bağlamaq istəyir. Lakin müəyyən etirazlara görə proses ləngiyib. Separatçılar bu binanı “son qala” olaraq görürlər.
Ötən il Ermənistanın Baş Prokurorluğu binanın dövlət qeydiyyatının etibarsız elan edilməsi məqsədilə inzibati məhkəmədə Kadastr Komitəsinə qarşı iddia qaldırdı. Məhkəmənin 22 mayda qərar verəcəyi gözlənilsə də, bu məsələ təxirə salınıb.
“Hraparak” nəşri yazır ki, məhkəmə qərarının təxirə salınması seçkilərlə bağlı ola bilər: “Hazırda hakimiyyət seçkidən əvvəl əlavə ajiotaj yaratmaq istəmir. Lakin bu, Paşinyan üçün ölüm-qalıb məsələsidir. Paşinyan artsaxla (qonmdarma-red) bağlı hər şeyi silmək qərarını verib. Binanın alınması da bura daxildir. Məsələ ondadır ki, sovet dövründə İrəvandakı Azərbaycan Dram Teatrı bu binada yerləşirdi”, - nəşr yazır.
Ermənistan mediası iddia edir ki, qondarma “nümayəndəlik” tamamilə ləğv edildikdən sonra bu binada Azərbaycan teatrının fəaliyyəti yenidən bərpa oluna bilər. Söhbət sülh sazişinin imzalanması və azərbaycanlıların evlərinə qayıdışından sonra atılacaq addımlardan gedir.
Asif
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































