İdman
“İnter” “Yunayted”in ulduzu ilə danışıqlara başladı
“İnter” “Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemironun transferi üzərində işləyir.
Publika.az xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.
Mənbələrin məlumatına görə, İtaliya klubu artıq 34 yaşlı braziliyalı ilə danışıqlara başlayıb və o, cari mövsümün sonunda “Mançester Yunayted”dən pulsuz ayrılacaq.
Daha əvvəl bildirilmişdi ki, Kazemiro “Mançester Yunayted”dən ayrıldıqdan sonra Avropa futbolunda qalmaq istəyir və karyerasını davam etdirmək üçün ilk seçim kimi İtaliyanı görür.
Braziliyalı futbolçu 2022-ci ilin yayından bəri “Qırmızı şeytanlar”da oynayır. Bu mövsüm o, “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 30 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” yarımmüdafiəçini 8 milyon avro dəyərində qiymətləndirir.
-
Elm və təhsil21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik
-
Hadisə20:20Aşığın maşını yanıb külə döndü - VİDEO
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir
-
Elm və təhsil19:4017 mayda keçirilən imtahanların nəticələri elan edildi
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO




































