İdman
“Real”ın maraqlandığı müdafiəçi müqaviləni uzadır?
“Borussiya Dortmund” müdafiəçisi Niko Şlotterbeklə müqaviləni uzatmağa yaxındır.
Publika.az xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.
Bildirilir ki, yeni müqavilə üzrə danışıqlar başa çatmaq üzrədir. Müqavilənin 2031-ci ilin iyun ayına qədər uzadılması gözlənilir.
Onun maaşı bonuslar da daxil olmaqla ildə 14 milyon avroya qədər artacaq. Onun sərbəst qalma məbləği də təxminən 60 milyon avroya qədər artırılacaq.
Şlotterbekin “Borussiya” ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. O, 2022/23 mövsümündən etibarən “Dortmund”da oynayır. Alman futbolçu bu mövsüm klubda 27 oyun keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 55 milyon avro qiymətləndirir.
Daha əvvəl “Real Madrid”in müdafiəçi ilə maraqlandığı bildirilirdi.
-
Elm və təhsil21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik
-
Hadisə20:20Aşığın maşını yanıb külə döndü - VİDEO
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir
-
Elm və təhsil19:4017 mayda keçirilən imtahanların nəticələri elan edildi
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO




































