İdman
Luçesku belə ölmək istəyib - Həkimi açıqladı
Mirça Luçeskunun ölümündən əvvəl müalicə aldığı Buxarest Universitet Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Draqos Vineryanu əfsanəvi məşqçi ilə söhbətindən danışıb.
Publika.az xəbər verir ki, “Digi Sport” Vineryanunun sözlərini sitat gətirib:
“O, bir dəfə mənə dedi ki, professor, mən sadəcə futbol meydançasında ölmək istəyirəm. Mən onun açıq və müəyyən dərəcədə özü ilə barışmış olduğunu hiss etdim. O, həmişə meydanda olmadığına görə peşman olub. Bütün həyatı orada keçib.
O, təkrar-təkrar deyirdi ki, məni oyuna buraxın. Düşünürəm ki, bunu hamıya deyib və hamı bunu bilir. O, özünü peşəsinə, futbola və bütöv nəsillərə həsr edib. O, futbolun dirijoru idi”.
Xatırladaq ki, Luçesku milli komandanın düşərgəsindən birbaşa Universitet Xəstəxanasına aparılıb və martın 29-da Slovakiya ilə oyundan əvvəl oyunçularla görüş zamanı huşunu itirib.
Daha sonra o, xəstəxanada on gün qalıb və bu müddət ərzində infarkt keçirib. 5 apreldə vəziyyəti pisləşdikdən sonra reanimasiyaya köçürülüb və iki gün sonra vəfat edib.
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi






































