Region
Rusiyanın Ermənistan planı bəlli oldu: Üç gün sonra nə baş verəcək?
Rusiya Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaq üçün layihə hazırlayır.
Publika.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, Moskva layihəni 28-29 may tarixində AİB-in Astanada keçiriləcək iclasında təqdim etmək niyyətindədir: “Ermənistan hakimiyyətinin Astanada keçiriləcək iclasdan həyacanlı gözləntiləri var. Sirr deyil ki, Ermənistan-Rusiya münasibətləri gərgindir, Paşinyanın Moskvaya son səfərindən və 4-5 may tarixində Avropa Siyasi Birliyinin İrəvanda keçirilən iclasından sonra bu, özünü daha qabarıq şəkildə göstərir. Rusiya ritorikanı sərtləşdirib, erməni iş adamlarının məhsullarına sanksiyaların tətbiq edilməsi də belə addımlardan biridir. Əvvəlki həftələrdə birbaşa Putin Ermənistanın xarici siyasət seçimində qərar verməsini tələb etdi: ya AİB-də qalırsınız və Aİ-yə qoşulmaqdan imtina edirsiniz, ya da çıxırsınız. Putin açıq mətnlə bildirdi ki, Ermənistanın Aİ-yə qoşulmaq planları “xüsusi diqqət tələb edir”. Əlavə etdi ki, Rusiya Ermənistan xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcək, hətta xalqın qərar verə bilməsi üçün referendumun keçirilməsini təklif etdi”.
Nəşr iddia edir ki, Rusiya Ermənistanın AİB üzvlüyü ilə bağlı qərar vermək niyyətindədir.
“Paşinyan Astanada keçiriləcək iclasda iştirak etməyəcək, səbəb kimi seçki kampaniyasını göstərir. Onu müavini Mher Qriqoryan əvəz edəcək. Məlumatlara görə, Rusiya Astana iclasında Ermənistanın AİB-dən çıxarılması layihəsini təqdim etməyə hazırlaşır. Məsələni gündəmə daxil etmək niyyətindədir, lakin Qazaxıstan buna veto qoyub.
AİB-də qərarlar konsensus yolu ilə qəbul edilir, Ermənistan hakimiyyəti ümid edir ki, Türkiyə və Azərbaycanla yaxın olan Qazaxıstan Rusiyanın istəyinin baş tutmasına imkan verməyəcək. Hərçənd, AİB qaydalarına görə başqa həll yolları da mövcuddur. Misal üçün, icra orqanının bu qərarı səsvermə olmadan təsdiqləməsi mümkündür.
Bu halda qərar tam qüvvəyə minməsə belə Ermənistan üçün bir çox məhdudiyyətlər yaradacaq. O da məlumdur ki, Rusiya Ermənistana, AİB-dən çıxarmadan belə böyük zərər verə bilər. Onun bir çox təsir rıçaqları və çoxsaylı ikitərəfli müqavilələri var”, - nəşr yazıb.
Asif
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
















.jpg)



















