İdman
“Neftçi”nin sabiq ulduzu rekordlar kitabına düşmək istəyir
Məşhur yapon yarımmüdafiəçisi Keysuke Honda bu yay Sinqapurun “Juronq” klubuna qoşulacaq.
Publika.az xəbər verir ki, bu barədə Sinqapur klubunun mətbuat xidməti məlumat yayıb.
Honda 2026/27 mövsümünü “Juronq”da keçirəcək. 39 yaşlı yaponiyalı oyunçu 2024-cü ildən, yəni Butanın “Paro” klubunda oynadığı vaxtdan bəri oynamayıb.
Honda etiraf edib ki, qol vurduğu ölkələrin sayına görə dünya futbol rekordu qırmaq üçün karyerasını bərpa edir. Hazırda 10 ölkə var: Yaponiya, Niderland, Rusiya, İtaliya, Meksika, Avstraliya, Braziliya, Azərbaycan, Litva və Butan.
“Juronq”da oynamaq imkanı əldə etdiyim üçün çox şadam. Bu il 40 yaşım tamam olur və bir neçə şəxsi məqsədim var, o cümlədən ən çox əsas liqada və ən çox ölkədə qol vurmaq üzrə Ginnesin Rekordlar Kitabına düşmək. Amma bu klubda əsas məqsədim çempionluğu qazanmaqdır. Çox güclü rəqiblər var, ona görə də asan olmayacaq, amma buna nail olmağa qərarlıyam”, – Honda bildirib.
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi






































