İdman
Ronaldo karyerasının 968-ci qolunu vurdu
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu karyerasının 968-ci qoluna imza atıb.
Publika.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 28-ci turunda "Əl-Uxdud"la qarşılaşmanın 15-ci dəqiqəsində Navaf Buşalın ötürməsini qola çevirərək fərqlənib. Hazırda oyunda fasilədir və hesab "Əl-Nəsr"in xeyrinə 1:0-dır.
Milli komandaların oyunları ilə əlaqədar mart ayındakı fasilədən əvvəl Ronaldu Səudiyyə Ərəbistanı çempionatının "Əl-Xalic" və "Neom" klublarına qarşı matçlarını buraxıb. Portuqaliyalı futbolçu İspaniyaya uçaraq budun arxa nahiyəsindən aldığı zədə ilə bağlı müalicə kursu keçib. O, bu zədəni çempionatın 24-cü turunda "Əl-Feyha" ilə oyunda alıb. 41 yaşlı Ronaldu cari mövsümdə "Əl-Nəsr" forması ilə milli çempionatda keçirdiyi 24 oyunda 24 qol vurub.
Fevral ayında Ronaldu klub rəhbərliyindən narazı qaldığı üçün "Əl-Nəsr"in oyunlarını boykot edib. Futbolçu klubun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən idarə olunma formasından narazılığını bildirib. KİV-in məlumatına görə, Ronaldu fondun digər nəzarətində olan klublarla, xüsusən də "Əl-Hilal"la müqayisədə onun komandasına daha az diqqət və resurs ayırdığını düşünürdü. Sonradan o, komandanın heyətinə geri qayıdıb.
Hüseyn İbadlı
-
Nəqliyyat18:50Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşıma bərpa olunur? - Rəsmi/Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU



































.jpg)


