Dünya
CHP qurultayı nə vaxt keçiriləcək? - Kılıçdaroğlunun planı ortaya çıxdı
CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlunun fövqəladə qurultayı təxirə salmağı və partiyanı ümumi seçkilərə aparmağı planlaşdırdığı iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Fatih Atik məlumat yayıb.
"Yaxın gələcəkdə qurultay gözlənilmir. Kılıçdaroğlu CHP-ni seçkilərə aparacaq. O, prezidentliyə namizəd olmayacaq", - jurnalist qeyd edib.
Digər tərəfdən, dünən Kılıçdaroğlu ilə telefon danışığı aparan Özgür Özel qurultay tələbini təkrarlayıb və heç bir kompromis olmayacağını vurğulayıb.
Bununla yanaşı, Kılıçdaroğluya yaxınlığı ilə tanınan Gürsel Tekin "Sözcü" qəzetinə bildirib ki, fövqəladə qurultay hazırlıqları qısa müddətdə başlayacaq və proses uzadılmayacaq. Onun sözlərinə görə, CHP-nin seçkili böyük qurultayı yeddi ay ərzində keçiriləcək.
Müəllif: Roza
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj


































