İdman
Ronaldo dəli olacaq: Messini seçdi, onun adını çəkmədi
PSJ və Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neveş ən populyar liqaların ən yaxşı oyunçularını seçmək üçün keçirilən viktorinada iştirak edib.
Publika.az xəbər verir ki, Neveş milli komandanın kapitanı, “Əl – Nsr”in hücumçusu Kriştiano Ronaldonun adını çəkməyib.
– Sizcə, hazırda Premyer Liqanın ən yaxşı oyunçusu kimdir?
– Bruno Fernandes. O, çoxlu qol vurur və çoxlu məhsuldar ötürmə edir.
– La Liqa.
– Mənim üçün Lamin Yamaldır. Amma yarımmüdafiəçilər arasında Pedrini bəyənirəm.
– Liqa 1.
– Usman Dembele, “Qızıl Top”un qalibi.
– Seriya A.
– Rafael Leao. Çünki o, ən yaxşı driblinqçidir və çoxlu qol vurur.
– Bundesliqa.
– Şübhəsiz ki, Coşua Kimmix. Mənim kumirlərimdən biridir. Onun oyun tərzini çox bəyənirəm. Onun etdiyi şeylərin çoxunu mənimsəməyə çalışıram.
– Portuqaliya Premyer Liqası.
– Asan deyil. Amma mən “Benfika” azarkeşiyəm. Ona görə də yaxşı dostlarımdan birinin adını çəkəcəyəm, Antonio Silva.
– Türkiyə Super Liqası.
– Rafa Silva.
– Səudiyyə Ərəbistanı Pro Liqası.
– Hazırda mənim üçün sehrli oyunçu Joao Feliksdir.
– MLS.
– Əlbəttə ki, Lionel Messi.
– Portuqaliya milli komandası.
– Bu, asan seçim deyil. Mən Premyer Liqada və Seriya A-da portuqaliyalı oyunçuları seçdim, indi isə özümü seçəcəyəm.
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj




































