İdman
Neymarla Robinyonun oğlu arasındakı qalmaqal böyüyür
“Santos” klubunda Neymar və sabiq futbolçu Robinyonun oğlu Robson arasında baş verən insidentlə bağlı yeni hüquqi addım atılıb.
Publika.az xəbər verir ki, Robson klub rəhbərliyinə rəsmi şikayət təqdim edib.
Hadisə 3 mayda, əsas heyətə düşməyən futbolçular üçün keçirilən məşq zamanı baş verib. Bildirilir ki, Neymar 18 yaşlı futbolçunun ona qarşı driblinq etməsindən narazı qalıb və bunu hörmətsizlik kimi qiymətləndirib. Daha sonra tərəflər arasında mübahisə yaranıb və vəziyyət gərginləşib. İddialara görə, Neymar gənc oyunçunun üzünə zərbə endirib, daha sonra isə Robinyonu badalaqla yerə yıxıb.
“Globo”nun məlumatına əsasən, Robson Neymar barəsində üç ayrı ittiham irəli sürüb və klubla görüş tələb edib. O, klubda minimal təhlükəsizlik şəraitinin olmaması səbəbilə müqavilənin ləğvini də gündəmə gətirir.
Robinyonun oğlunun sözlərinə görə, Neymar təhqiramiz sözlər deyib, onu büdrədib və üzünə sərt zərbələr endirib.
Robsonun nümayəndələri “Santos”dan 48 saat ərzində dörd tədbir görməsini tələb edir: hadisənin səbəblərini aydınlaşdırmaq üçün daxili araşdırma başlatmaq; məşqdən fotoşəkillər təqdim etmək; görülən tədbirlərlə bağlı klub bəyanatı vermək və mümkün işdən çıxarılmanı müzakirə etmək üçün iclas təyin etmək.
Bildirişdə “Santos” tələblərə əməl etməyəcəyi halda, iş yerində təhlükəsizliyin təmin edilməsi üzrə öhdəliklərin pozulması hesab ediləcək ki, bu da hətta müqavilənin dolayı yolla ləğvinə səbəb ola bilər.
Sözləşmənin ləğvi ilə yanaşı, gündəliyə mənəvi və maddi zərərin ödənilməsi ilə bağlı iddialar da daxildir.
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər




























.png)


.jpg)




