İdman
Əfsanələr və ulduzlar bu reklam üçün bir araya gəldilər - Video
“Adidas” futbol dünyasının əsl ulduzlarının yer aldığı yeni qısametrajlı film təqdim edib.
Publika.az xəbər verir ki, videoda Lionel Messi, Lamin Yamal, Cud Bellinqem və digər məşhur futbolçular rol alıblar.
Çarxda əsas rolu tanınmış aktyor Timoti Şalame canlandırıb. Süjet onun dilindən danışılır və heç kimin məğlub edə bilmədiyi inanılmaz küçə komandası haqqındadır. Videonun atmosferi 1990-cı illərin estetikasından ilham alıb. Xarakterik saundtrek, retro vizuallar və xüsusi saç düzümləri ilə diqqət çəkir.
Azarkeşlərin xüsusi marağına səbəb olan məqamlardan biri isə futbol əfsanələrinin görünməsi olub. Alessandro Del Pyero, Zinəddin Zidan və Devid Bekhem qeyri-adi süni intellekt formatında videoda yer alıblar.
Video sosial şəbəkələrdə qısa müddətdə viral yayılıb. Yayımlandıqdan sonra ilk 10 saat ərzində çarx yüz minlərlə reaksiya toplayıb və futbol azarkeşləri arasında sürətlə paylaşılmağa başlayıb.
Şərhlərdə istifadəçilər reklamı “əfsanəvi”, “ilin ən yaxşı futbol videosu” adlandırır, həmçinin 90-cı illərin və 2000-ci illərin əvvəllərinin kult reklamlarının ab-havasını xatırlatdığını vurğulayırlar.
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər





































