İdman
ABŞ liderindən UFC ilə bağlı müəmmalı addım
ABŞ Prezidenti Donald Tramp Ağ Evin ərazisində keçiriləcək UFC turnirinin fəal şəkildə tanıdılmasına başlamazdan qısa müddət əvvəl UFC və WWE-nin sahibi olan “TKO Group Holdings” şirkətinin səhmlərini alıb.
Publika.az xəbər verir ki, bu barədə “HuffPost” nəşri Trampın maliyyə bəyannaməsinə istinadən məlumat yayıb.
Dərc olunmuş sənədlərə əsasən, Tramp martın 25-də “TKO Group Holdings” şirkətinin 15 min dollardan 50 min dollara qədər dəyərdə səhmlərini satın alıb. Bundan sonra o, iyunun 14-də Ağ Evin ərazisində keçiriləcək və ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunacaq “UFC Freedom 250” turnirinin fəal reklamına başlayıb.
Tənqidçilər artıq prezidenti mümkün maraqlar toqquşmasında ittiham ediblər. “Citizens for Responsibility and Ethics in Washington” təşkilatının nümayəndəsi Cordan Libovits bildirib ki, Trampın investisiya qoyduğu şirkətin təşviqi üçün Ağ Evdən istifadə edilməsi dövlət və şəxsi maraqların qarışdırılmasının ən açıq nümunələrindən biri kimi görünür.
-
Hadisə21:26Şirvan suvarma kanalı yarıldı - Xüsusi texnika cəlb olundu
-
Hadisə19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik













.jpg)




.webp)





.jpg)



.jpg)








