İdman
Gey olduğunu etiraf edən Şumaxer evləndi - Toydan FOTOLAR
Keçmiş Formula 1 pilotu Ralf Şumaxer və sevgilisi Etyen Busket-Kassany rəsmi olaraq ər-arvad olublar.
Publika.az xəbər verir ki, dəbdəbəli toy mərasimi ötən şənbə günü Fransanın məşhur kurort şəhəri Sen-Tropedə baş tutub.
50 yaşlı Şumaxer 36 yaşlı Etyen Fransa mülklərinin yaxınlığında evləniblər. Ralfın evliliyi, problemli keçmişi səbəbindən medianın xüsusi diqqətini cəlb etdi. Alman sürücü, illərdir heteroseksual nikahda yaşayıb və cəmi 19 ay əvvəl gey olduğunu etiraf edib.
Ralf 2001-ci ildən bəri Kora Şumaxerlə evli idi. Onların evliliyi 13 il davam etmişdi və keçmiş cütlüyün Devid adlı yetkin bir oğlu var. Formula 1 pilotu kişilərlə münasibətini açıqladıqdan sonra keçmiş həyat yoldaşları arasında media müharibəsi başladı. Kora açıq şəkildə "ən yaxşı illərini Ralfa sərf etdiyini" elan etdi. Etiraz və qəzəb əlaməti olaraq, hətta gəlinlik paltarını da ictimaiyyət qarşısında yandırdı. Xatırladaq ki, Ralf Şumaxer əfsanəvi yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin kiçik qardaşıdır. Mixael 2013-cü ildə xizək kurortunda aldığı ağır baş zədəsindən sonra əlil arabasındadır və ailəsi tərəfindən ictimaiyyətdən tamamilə gizlədilir, bu da onun ictimai ailə şənliklərində iştirak etməsinə mane olur.


-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar



































