İdman
Mbappe Messi və Ronaldo haqqında məşhur stereotipi alt-üst etdi
“Real Madrid” və Fransa millisinin hücumçusu Kilian Mbappe Lionel Messi ilə Kriştiano Ronaldo arasındakı uzun müddətdir davam edən rəqabətdən danışıb.
Fransız futbolçu PSJ-də argentinalı futbolçu ilə birlikdə oynayıb və tez-tez meydanda portuqaliyalı futbolçu ilə yolları kəsişib.
Publika.az xəbər verir ki, Mbappé “Sorare”yə verdiyi müsahibədə deyib:
“Onlar həqiqətən çox fərqlidirlər. Onların mübarizəsi yaxşı idi, çünki qütb əksləridir: Ronaldo sağ ayaqlıdır, Messi sol ayaqlıdır, Ronaldo hündürdür, Messi qısa boyludur, Messi daha zərifdir, Ronaldo daha kobuddur, Ronaldo daha partlayıcıdır, Messi daha çox vizyona və yaradıcılığa malikdir”.
Mbappe həmçinin Ronaldonun hər şeyə əzmkarlıq və zəhmət sayəsində, Messinin isə istedad sayəsində nail olduğu barədə geniş yayılmış stereotipi tənqid edib:
“Bu, futbol oynamayan birinin fikridir. Mən bunu bütün arqumentlərimdə təkrarlayıram. Əgər Ronaldonun istedadının olmadığını və ya Messinin işləmədiyini iddia edirsinizsə, deməli, həyatınızda heç vaxt buts geyinməmisiniz və ya hər gün məşq etməmisiniz. Sadəcə olaraq, hər gün məşq edən birinin necə belə düşünə biləcəyini başa düşmürəm”.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?









.webp)


.jpg)




.jpg)

















