İdman
Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO
2026-cı il dünya çempionatı Kolumbiya millisi üçün hələ başlamasa da, komandanın əsas ulduzu Xames Rodriqes artıq qalmaqalın mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi mundiala yola düşən yığmanın təntənəli yolasalma mərasimindən sonra ölkə mətbuatında ən çox müzakirə olunan şəxslərdən birinə çevrilib. Buna səbəb ölkə prezidenti Qustavo Petronun qızı ilə bağlı baş verən hadisə olub.
Yerli jurnalistlər tərəfindən yayılan görüntülərdə Antonella Petronun futbolçuya birgə şəkil çəkdirmək üçün müraciət etdiyi iddia olunur. Lakin Rodriqes dayanmayaraq yoluna davam edib. Bundan sonra onun davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hadisədən sonra kolumbiyalı sənədli film müəllifi və jurnalist Sezar Qarsiya Qarson məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Kolumbiya millisinin bəzi futbolçuları prezident Qustavo Petroya qarşı soyuq münasibət bəsləyirlər və komandanın müəyyən üzvləri dövlət başçısı ilə rəsmi görüşdə iştirak etməkdə maraqlı olmayıblar.
Jurnalistin fikrincə, bu hadisə şəxsi münasibətlərdən daha çox siyasi məna daşıya bilər. Bununla belə, Xames Rodriqes hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?









.webp)


.jpg)




.jpg)

















